Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib
· 1 mənbə
Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir.
Xezerxeber.az xəbər verir ki, bu barədə hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı “Telegram” kanalında məlumat yayıb. Hüquq-mühafizə orqanlarının müstəntiqləri ekspertiza müəssisələrinin nümayəndələri ilə birlikdə repatriasiya edilmiş həlak olmuş şəxslərin kimliyini müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 18:13 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib