Kimi Antonelli Formula 1 üzrə Qatar Qran Prisinin qalibi olub

· 2 mənbə

Bakı. Trend:

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə Qətər Qran-prisinin qalibi olub.

İkinci yeri onun komanda yoldaşı, britaniyalı Corc Rassell tutub. Üçüncü yerdə isə avstraliyalı Oskar Piastri ("McLaren") qərarlaşıb.

Antonelli daha əvvəl ümumi hesabda çempionluğunu təmin edib. Hazırda onun aktivində 427 xal var. Qətər Qran-prisinin nəticələrinə əsasən, ikinci yeri dördqat dünya çempionu, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen (316 xal) təmin edib. Üçüncü yer uğrunda britaniyalı pilotlar Corc Rassell ("Mercedes", 282 xal), Lüis Hemilton ("Ferrari", 275 xal) və Lando Norris ("McLaren", 274 xal) mübarizə aparırlar.

Konstruktorlar Kubokunda ilk iki yeri "Mercedes" (709 xal) və "Ferrari" (531 xal) təmin ediblər. Növbəti yerlərdə isə "Red Bull" və "McLaren" (hərəyə 456 xal) qərarlaşıblar.

Mənbə: Trend · 29.11.2026, 22:21 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu