“Qarabağ”da 3 gözlənilməz ayrılıq
· 1 mənbə
"Qarabağ" qışda 3 ulduzu ilə yollarını ayıracaq
Milli.Az xəbər verir ki, Marko Yankoviç, Kadi Borges və Joni Montiel qış transfer pəncərəsində "Qarabağ"dan ayrılacaq.
Futbolçularla ayrılığın şərtləri və yeni komandaları barədə hələlik rəsmi açıqlama yoxdur.
Marko Yankoviç 2022-ci ilin iyulunda İsrailin "Hapoel Tel-Əviv" klubundan gəlib. Kadi Borges 2021-ci il iyunun 11-də Portuqaliyanın "Vilafranкense" klubundan transfer olunub. Sonra Rusiyanın "Krasnodar"ına, ardınca Macarıstanın "Ferensvaroş"una keçib. 2025-ci il fevralın 4-də dörd illik müqavilə ilə "Qarabağ"a qayıdıb.
Joni Montiel isə 2025-ci il avqustun 3-də "Rayo Vallekano"dan ayrılaraq azad agent kimi komandaya qoşulub. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 29.11.2026, 20:14 · orijinal məqalə