Kipr Türk Respublikasında katamaran qəzası ilə bağlı daha bir nəfər saxlanılıb

· 1 mənbə

Bakı. Trend:

Kipr Türk Respublikasının hakimiyyət orqanları yay aylarının sonunda 27 nəfərin ölümü, bir nəfərin isə itkin düşməsi ilə nəticələnən “FiloJet” yüksək sürətli katamaranının qəzasi ilə bağlı daha bir şəxsi saxlayıb.

Onuncu şübhəli Famaqusta dəniz limanında saxlanılıb. Onun barəsində həbs qərarı bir günlük müddətə verilib.

Qeyd edək ki, avqust ayında qəza ilə əlaqədar doqquz nəfər, o cümlədən “FiloJet”in kapitanı, yeddi heyət üzvü və bərə şirkəti “Filo Denizcilik”in rəhbəri həbs olunmuşdu. Sonuncu saxlanılma hadisədən sonra bu iş üzrə ilk yeni həbsdir.

İstintaq zamanı uçuş qeyd cihazının məlumatlarının araşdırılması və deşifrə edilməsi nəticəsində məlum olub ki, katamaranın kapitanı Mustafa Öz Hondurasda 3 500 dollara bərə operatoru lisenziyası əldə edib.

İkigövdəli, şüşə lifindən hazırlanmış “FiloJet” katamaranı avqustun 30-da Kipr Türk Respublikasının Girne şəhərindən Türkiyənin Mersin vilayətinin Silifke rayonundakı Taşucu limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Gəmidə ümumilikdə 267 nəfər olub. Onlardan 239-u xilas edilib, 27 nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

Mənbə: Trend · 27.11.2026, 02:58 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu