Kiyevdə partlayışlar baş verdi

· 1 mənbə

Kiyevdə hava hücumu xəbərdarlığı fonunda partlayış səsləri eşidilib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın ICTV telekanalı məlumat yayıb.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatına görə, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

Noyabrın 28-də səhər saatlarında Kiyevdə təcili elektrik enerjisi kəsintiləri tətbiq edilib. Şəhər sakinlərindən “enerji sisteminin sabitləşdirilməsinə kömək etmək üçün” elektrik enerjisindən qənaətlə istifadə etmələri xahiş olunub. Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında kritik infrastruktur obyektinin vurulduğunu bildirib. O, şəhərin bəzi rayonlarının sakinlərini elektrik enerjisi və su təchizatında mümkün fasilələr barədə xəbərdar edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarına, pilotsuz uçuş aparatlarının yığılması və buraxılması məntəqələrinə, eləcə də Ukraynanın enerji və yanacaq infrastrukturunun obyektlərinə zərbələr endirib.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 28.11.2026, 19:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Kiyevdə partlayışlar baş verdi

Publika.az saytında oxu