“Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”

· 3 mənbə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda ölkəmizin Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanıb.

“İnanıram ki, birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər, dost Mavritaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə dövlətimizin başçısının məktubunda bildirilib.

Mənbə: Trend · 28.11.2026, 11:32 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu