Kreml Paşinyanın gəlişinə hazırlaşır

· 1 mənbə

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərinə hazırlaşır.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Paşinyan daha əvvəl 3, 11 və 22 dekabr tarixlərində Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlamışdı.

“Bəli, səfərə hazırlaşırıq. Bu barədə əvvəlcədən razılıq əldə olunmuşdu”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyaya verdiyi müsahibədə Baş nazir Nikol Paşinyanın Rusiya paytaxtına qarşıdan gələn səfərini şərh edərkən bildirib ki, Ermənistanın gündəliyi Rusiya ilə münasibətlərində yığılmış problemləri nəzərdən keçirmək və onları yaxşılaşdırmaqdır. O, aydınlıq gətirib ki, İrəvanın Rusiya ilə əlaqələri kəsmək, ikitərəfli münasibətlərdə böhran yaratmaq və ya körpüləri yandırmaq niyyəti yoxdur. Rusiya Ermənistan üçün vacib tərəfdaş olaraq qalır.

Müəllif: Tural

Mənbə: Publika.az · 25.11.2026, 17:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Kreml Paşinyanın gəlişinə hazırlaşır

Publika.az saytında oxu