Kuşner İsraili hərbi düşüncə tərzindən uzaqlaşmağa çağırıb

· 1 mənbə

İsrail hakimiyyəti hərbi düşüncə tərzindən uzaqlaşmalı və iqtisadi diplomatiyaya diqqət yetirməlidir.

APA xəbər verir ki, bu fikri ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner noyabrın 25-də “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında səsləndirib.

“Hesab edirəm ki, İsrail müharibə dövrünə xas olan düşüncə tərzindən uzaqlaşmağa çalışmalıdır. Məncə, iqtisadi diplomatiyaya diqqət yetirmək lazımdır. Məsələn, Səudiyyə Ərəbistanına və ya Birləşmiş Ərəb Əmirliklərinə baxın. Onlar Vaşinqtona 100 iş adamı ilə gəlir və müqavilələr bağlayırlar. İsrailin güclü iqtisadiyyatı və möhtəşəm texnologiyaları var. İsraillə tərəfdaşlığın hansı faydaları gətirdiyini anlamağa başlamalıyıq”, – deyə Kuşner bildirib.

Mənbə: APA · 26.11.2026, 02:38 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu