Küveytdə dron hücumunda iki italiyalı ölüb
· 1 mənbə
Bakı. Trend:
Küveytdə strateji əhəmiyyətli obyektə dron hücumu nəticəsində yaralanan iki İtaliya vətəndaşı ölüb.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Səud Əl-Atvan məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı qəlpələrin düşməsi nəticəsində bir Küveyt vətəndaşı və bir Pakistan vətəndaşı da yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə nəticəsində obyektə maddi ziyan dəyib.
Əl-Atvan bildirib ki, Küveyt Silahlı Qüvvələri cümə axşamı ölkənin hava məkanında bir neçə düşmən dronu aşkar edərək onlara qarşı müdaxilə edib.
Mənbə: Trend · 26.11.2026, 20:04 · orijinal məqalə