Putindən süni intellektlə bağlı xəbərdarlıq

· 1 mənbə

"Süni intellekt insanın əlində, o cümlədən hərbi sahədə daha da güclü alətə çevrilə bilər".

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "AI Journey" konfransı zamanı bildirib.

“Süni intellektdən istifadənin təhlükəsizliyi məsələsinə gəlincə, bu barədə hamı danışır. Avtonomluğun artdığı, eləcə də süni intellekt agentlərinin meydana çıxdığı şəraitdə süni intellekt insanın əlində həm quruculuq, hər zaman olduğu kimi, həm də zərər vurmaq, o cümlədən hərbi və təhlükəsizlik sahələrində istifadə etmək üçün daha da güclü alətə çevrilə bilər”, – deyə Rusiya lideri bildirib.

Qeyd edək ki, Vladimir Putin süni intellektə həsr olunmuş "AI Journey" konfransında iştirak edir. O, tədbirə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birlikdə gəlib. Prezident forumun plenar iclasında çıxış edəcək.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 26.11.2026, 20:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu