Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb

· 2 mənbə

Küveytdə İranın pilotsuz uçuş aparatları (PUA) isə strateji obyektə hücumu nəticəsində 2 İtaliya vətəndaşı ölüb.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb.

Həlak olanlar Almaniyanın "Rheinmetall" müdafiə konserninin mülki texniki mütəxəssisləri olublar.

Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Səud Əbdül Əziz əl-Utayyanın sözlərinə görə, hadisə nəticəsində Küveyt və Pakistan vətəndaşları da yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Küveyt Silahlı Qüvvələrinin rəsmi səhifəsində dərc olunmuş bəyanata əsasən, hücum nəticəsində maddi ziyan da dəyib.

Mənbə: Report · 26.11.2026, 18:25 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu