Küveytdə strateji obyektə hücum edildi

· 1 mənbə

Küveytdə strateji əhəmiyyətli obyektlərdən birinə hücum nəticəsində dörd nəfər yaralanıb. Küveyt ordusu hücumun İran tərəfindən həyata keçirildiyini bildirib.

Publika.az ərəb mediasına istinadla xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü polkovnik Səud Əbdüləziz əl-Ətvanın sözlərinə görə, silahlı qüvvələr ölkənin hava məkanında düşmən pilotsuz uçuş aparatlarını aşkarlayaraq zərərsizləşdiriblər.

Onun sözlərinə görə, hücum nəticəsində bir Küveyt, iki İtaliya və bir Pakistan vətəndaşı yaralanıb, həmçinin maddi ziyan dəyib.

“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə isə İtaliya vətəndaşları aldıqları yaralardan ölüblər.

Mənbə: Publika.az · 26.11.2026, 18:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Küveytdə strateji obyektə hücum edildi

Publika.az saytında oxu