Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub
· 1 mənbə
Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunda, Darquba kəndi ərazisində baş verib. Belə ki, C.Quluzadənin idarə etdiyi "VAZ-21011" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi xəbərə görə, 2016-cı il təvəllüdlü şəxs (kişi) 27 noyabr saat 12:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Çoxsaylı xəsarətlər alan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq vəfat edib.
Hadisədən sonra sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA · 27.11.2026, 16:40 · orijinal məqalə