Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi

· 1 mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.

Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.

Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Qeyd edək ki, Ə.Kərimli və Məmməd İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 16:14 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu