Ukraynanın zərbə PUA-sı Türkiyədə qəzaya uğrayaraq partladı
· 1 mənbə
Türkiyənin şimal-şərqində Ukraynaya məxsus "FP-1" zərbə PUA-sı düşərək partlayıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
Hadisə noyabrın 29-da yerli vaxtla saat 01:30 radələrində Rize vilayətinin Çayeli rayonunun Sırt kəndində baş verib.
Nəşrin məlumatına görə, pilotsuz uçuş aparatının düşməsi barədə məlumat daxil olduqdan sonra ərazidə axtarış işlərinə və texniki araşdırmaya başlanılıb. Mütəxəssislər Ukraynanın “Fair Point” şirkətinin istehsalı olan "FP-1" modelinin dövrə vuran sursat olduğunu müəyyən ediblər.
PUA yerə düşdüyü anda partlayıb. Nəticədə yaxınlıqdakı evlərdən birinin pəncərəsinin şüşəsi zədələnib. Ölən və xəsarət alan olmayıb, digər dağıntılar qeydə alınmayıb.
Rize vilayətinin jandarm əməkdaşları hadisə yerinin təhlükəsizliyini təmin ediblər. Trabzondan gələn partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupunun işindən sonra PUA-nın qalıqları toplanıb.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 29.11.2026, 22:00 · orijinal məqalə