"Manaf Ağayevi dinləyənlərin onun haqqında fikir söyləməsi yersizdir" - Elçin Mirzəbəyli

· 1 mənbə

"Fərhad Bədəlbəyli barəsində ittihamedici, sərt və aşağılayıcı ifadələrin işlədilməsi doğru deyil".

Modern.az xəbər verir ki, bu fikirləri deputat Elçin Mirzəbəyli "Media Türk TV"nin efirində Azərbaycanın musiqi mədəniyyəti və mədəniyyət xadimləri ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, mədəniyyətin müxtəlif sahələrində xidmətləri olan şəxslər fikirlərini bölüşərkən bəzən emosional ifadələr işlədə bilərlər. Bununla belə, o, Manaf Ağayevi dinləyən şəxslərin Fərhad Bədəlbəyli haqqında fikir yürütməsini yersiz hesab edib.

Elçin Mirzəbəyli qeyd edib ki, cəmiyyətin və kütlənin musiqi zövqünün formalaşmasında rol oynayan, xüsusilə də milli musiqi mədəniyyətində mühüm yer tutan Fərhad Bədəlbəyli barəsində ittihamedici, sərt və aşağılayıcı ifadələrin işlədilməsi düzgün deyil.

"Fərhad Bədəlbəylinin bəzi yanaşmaları və fikirləri ilə razılaşmamaq olar. Lakin bu, onun ünvanına sərt tənqidlərin yönəldilməsinə əsas vermir. Ümumiyyətlə, heç kimə qarşı linç kampaniyasının aparılması yolverilməzdir", – deyə deputat vurğulayıb.

Mənbə: Modern.az · 27.11.2026, 09:52 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu