Maşın alan şəxs aldadıldığını iddia edir - VİDEO

· 1 mənbə

İddialarla bağlı Valid Əliyevlə telefonla danışdıq. Danışıq zamanı o, Tural Qardaşxanovdan ödəniş aldığını təsdiqlədi. Dediyinə görə, 3 min 500 manat ilkin ödənişdən sonra Tural 20 ay ərzində hər ay 500 manat ödəyib. Bu hesabla ümumi məbləğ 13 min 500 manat edir. Valid Əliyev etibarnamənin ləğvini isə Rəfael Rəsulzadəyə 3 min 200 manat borcunun qalması ilə əlaqələndirir.

Daha sonra maşının ilk sahibi olduğu bildirilən Rəfayıl Rəsulzadə ilə əlaqə saxladıq. O, bizimlə telefon danışığında maşını Valid Əliyevə satdığını təsdiqlədi. Bildirdi ki, digər maşını isə taksi kimi işlətmək üçün verib. Rəsulzadə etibarnaməni Valid Əliyevin ödəniş etməməsi səbəbindən ləğv etdiyini deyib.

Qeyd edək ki, Tural Qardaşxanov məsələ ilə bağlı aidiyyəti üzrə polisə müraciət edib. Məslə ilə bağlı polisdən bildirildi ki, dələduzluğa məruz qalması ilə bağlı iddia edilən şəxsin müraciəti üzrə aidiyyəti rayon polis idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırmalarla müəyyən olunacaq. Onun hərəkətlərinə hüquqi əsaslarla qiymət verilərək müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mənbə: Xəzər Xəbər · 26.11.2026, 21:21 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu