Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
· 1 mənbə
Binanın həyətində yanğınsöndürmə üçün nəzərdə tutulmuş su anbarının üst panelinin çökməsi ilə bağlı əvvəlcə Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Bildirildi ki, məsələ onların səlahiyyətində deyil.
İri Şəhərlərin Birləşmiş Su Təchizatından da eyni cavab verildi.
Xətai Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq, lakin cavab ala bilmədik.
"Azəristiliktəchizat" ASC-dən isə bildirildi ki, binanın zirzəmisinin təmizlənməsi üçün aidiyyəti quruma məlumat verilib. Zirzəmi təmizləndikdən sonra istiliyin verilməsi bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 21:37 · orijinal məqalə