Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq
· 1 mənbə
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin balansında olan 10 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Hərracda minik avtomobilləri ilə yanaşı, müxtəlif təyinatlı texnikaların da satışı nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, hərrac 10 dekabr 2026-cı ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında 2013-cü il istehsalı olan "GMC Terrain", 2009–2011-ci illərdə buraxılmış altı "Chevrolet Colorado", 2011-ci il istehsalı olan "Chevrolet Cruze", eləcə də 2006-cı il istehsalı olan "TVEX EK-12" və "DT-75D" xüsusi texnikaları var.
Hərrac üzrə ən yüksək start qiyməti 7 500 manatla "TVEX EK-12" texnikasına müəyyən edilib. "Chevrolet Cruze" 6 000 manata, "GMC Terrain" və iki "Chevrolet Colorado" isə 5 000 manata təklif olunur. Digər "Chevrolet Colorado" avtomobillərinin ilkin qiymətləri 3 750–4 000 manat, "DT-75D" texnikasının qiyməti isə 3 500 manat təşkil edir.
Hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini, hüquqi şəxslər isə təsis sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etməlidirlər.
Mənbə: Baku.ws · 26.11.2026, 20:10 · orijinal məqalə