Mayk Tayson “Tuzlu kahve”də

· 1 mənbə

Dünyca məşhur boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu kahve” serialına qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, artıq serialın gələn həftə yayımlanacaq bölüm anonsunda əfsanəvi boksçunun rol aldığı səhnə öz əksini tapıb.

Gözlənilməz addımları, keçmiş seriallardan verdikləri xatırlatmaları ilə hər kəsi təəccübləndirən serialın 13-cü bölüm treyleri Mayk Taysona görə daha çox diqqət çəkib.

Belə ki, Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmetin Amerikadan gələn dostu obrazına həyat verib və Aydınoğulları ailəsində səhər yeməyində qonaq olub.

Qeyd edək ki, layihədə Nebahat Çevre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene, Sarp Apark, Ceren Moray kimi məşhur simalar yer alıb.

Mənbə: Qafqazinfo · 26.11.2026, 12:48 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Mayk Tayson “Tuzlu kahve”də

Qafqazinfo saytında oxu