Hakimiyyəti ötürməyəcəm - Lukaşenko

· 1 mənbə

Belarus Prezidenti Aleksandr Lukaşenko özündən sonra ölkəyə kimin rəhbərlik edəcəyinə dair açıqlama verib.

Modern.az xəbər verir ki, o, Fransanın “Le Point” jurnalına müsahibəsində bu məsələyə toxunub.

Lukaşenko bildirib ki, onun xələfini xalq seçəcək:

“Xalq kimi seçsə, o da prezident olacaq. Sizə söz verirəm. Hakimiyyətimizin dəyişməsi sizi bu qədər narahat edirsə, bilin ki, xalq 1990-cı illərdə olduğu kimi, öz seçimini edəcək. Axı 1994-cü ildə hakimiyyətə gələndə nəyisə saxtalaşdırdığımı deyə bilməzsiniz. Məni xalq seçmişdi. Mövcud hakimiyyəti rədd edərək məhz məni seçmişdilər”, – deyə Belarus dövlət başçısı bildirib.

O, gələcək prezidentin də eyni qaydada, seçkilər yolu ilə müəyyənləşəcəyini vurğulayıb.

“Və bu "hakimiyyətin ötürülməsi", "hakimiyyət tranziti" kimi ifadələri unudun. Yəqin ki, hakimiyyətdən gedəndə mənim də müəyyən üstünlüklərim olacaq. Amma bunlar sizin düşündüyünüz üstünlüklər deyil”, – Lukaşenko qeyd edib.

Mənbə: Modern.az · 25.11.2026, 16:18 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Hakimiyyəti ötürməyəcəm - Lukaşenko

Modern.az saytında oxu