Mərakeş inadından əl çəkmir: Apellyasiya şikayəti verəcək
· 1 mənbə
Mərakeş Kral Futbol Federasiyası (FRMF) 2025-ci il Afrika Millətlər Kuboku finalının nəticəsi ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiyasını təmin edən İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Mərakeş Federasiyası açıqlamasında CAS qərarından narazılığını bildirib və oyunçuların meydanı icazəsiz tərk etməsi ilə bağlı IFAB və FIFA-nın son tövsiyələrini və bunun üçün nəzərdə tutulan intizam sanksiyalarını nəzərə almadığını vurğulayıb.
“Mərakeş Kral Futbol Federasiyası (FRMF), 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı Afrika Futbol Konfederasiyasının (CAF) Apelyasiya Komitəsinin qərarından Seneqal Futbol Federasiyasının apelyasiya şikayəti üzrə Lozannada (İsveçrə) İdman Arbitraj Məhkəməsinin (CAS) 24 noyabr 2026 -cı il tarixində qəbul etdiyi qərarı nəzərə alıb.
Bununla əlaqədar olaraq, Mərakeş Kral Futbol Federasiyası tələbinin nəzərə alınmadığına etiraz edir. Bu, prosedura təsir edən və onun bütövlüyünü və qərarın doğruluğunu şübhə altına alan hərəkətlərə görə yaranacaq hüquqi nəticələrlə bağlıdır. Xüsusilə, qərarın elan edilməsindən 48 saat əvvəl alman hakim Ulrix Haasla Seneqal Futbol Federasiyasının prezidenti arasında əlaqənin təsdiqlənməsindən sonra.
Bundan əlavə, bu qərar hələ də Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) oyunçuların hakimin icazəsi olmadan oyun meydanını tərk etməsi ilə bağlı son qərarlarında təsbit edilmiş mövqeyə riayət etmək zərurətini və bundan irəli gələn məsuliyyət və intizam sanksiyalarını nəzərə almır.
Bu baxımdan, Mərakeş Kral Futbol Federasiyası CAS qərarından apelyasiya şikayəti vermək üçün bütün zəruri hüquqi prosedurlara başlamaq qərarına gəlib”, – FRMF-in açıqlamasında deyilir.
Müəllif: Tural
Mənbə: Publika.az · 25.11.2026, 15:18 · orijinal məqalə