Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi

· 1 mənbə

Almaniyanın "Bayern" klubu yarımmüdafiəçi Camal Musialanın səhhəti ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib. Münhen təmsilçisi futbolçunun bərpa prosesi boyunca ona hərtərəfli dəstək göstəriləcəyini bildirib.

BAKU.WS xəbər verir ki, noyabrın 22-də keçirilən məşq zamanı Musiala yenidən huşunu itirib. Bu, 2026-cı ilin avqustundan bəri futbolçunun yaşadığı üçüncü belə haldır.

Klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilib ki, noyabrın 24-də "Bayern" rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında konstruktiv görüş keçirilib. Tərəflər üçün əsas prioritetin Musialanın sağlamlığı olduğu vurğulanıb.

Açıqlamada son günlər futbolçunun vəziyyəti ilə bağlı yayılan müxtəlif məlumatlara da münasibət bildirilib. Qeyd olunub ki, Musialada narahatlıq yaradan əlamətlərlə əlaqədar ilk tibbi müayinələr 2025-ci il aprelin 22-də aparılıb. Bu proses klubun və onun tibbi departamentinin razılığı əsasında, nevroloji simptomlar ilk dəfə üzə çıxdıqdan dərhal sonra həyata keçirilib.

"Bayern" və futbolçunu təmsil edən 11WINS agentliyi məsələyə dair yayılan çoxsaylı şayiələrə aydınlıq gətirmək məqsədilə birgə mövqelərini açıqlayıblar.

Klub Musialanın sağalma müddətində tam dəstəklənəcəyini, tərəflərin isə gələcək müzakirələri qarşılıqlı əməkdaşlıq və məxfilik prinsipləri əsasında davam etdirəcəyini bildirib.

Mənbə: Baku.ws · 25.11.2026, 15:25 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu