“Merkuri”yə hücum – Fransadan Ukraynaya dəstək: Özlərini müdafiə edirlər

· 1 mənbə

Fransanın xarici işlər naziri Jan-Noel Barro Liviya sahillərində Rusiyaya məxsus "Merkuri" korvetinə edilən hücumdan sonra Ukraynaya dəstəyini bildirib.

Publika.az xəbər verir ki, diplomatın sözləri BFMTV tərəfindən sitat gətirilib.

"Ukraynalılar özlərini müdafiə edirlər. Gəlin özümüzü onların yerinə qoyaq. Hər gecə və hər gün işğalçılar tərəfindən atəşə tutulsaq, nə edərdik? Biz də özümüzü müdafiə edərdik", - deyə o bildirib.

Nazir həmçinin Rusiyanı Avropa birliyini zəiflətmək cəhdi ilə "avropalılara daim hücum etməkdə və təzyiq göstərməkdə" ittiham edib.

Noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiyanın "Merkuri" korvetində partlayış və yanğın baş verib. Liviyanın şərqindəki hakimiyyət orqanları sahildə 20-dən çox pilotsuz qayığın ələ keçirildiyini bildiriblər. Onlar hücumu pisləyib və ölkənin limanlarının "hesablaşma və ya beynəlxalq münaqişələrin ixracı üçün arena"ya çevrilməsinə icazə verməyəcəklərini vurğulayıblar.

Müəllif: Tural

Mənbə: Publika.az · 25.11.2026, 13:36 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu