Məşhur idmançı cütlük ayrıldı
· 1 mənbə
Dünya tennisinin 4 nömrəsi Ben Şelton və “Vasington Spirit” və ABŞ milli komandasının basketbolçusu Triniti Rodman ayrılıblar.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbə iddia edir ki, səbəb “iş qrafiki ilə bağlı ziddiyyətlər və daimi səyahətlər” olub. Lakin cütlük yaxın dostluq münasibətlərini qoruyub saxlaya bilib.
Şelton 2025-ci ilin mart ayında sosial media səhifəsində birlikdə çəkdirdikləri şəkilləri paylaşaraq Rodmanla münasibətlərini açıq şəkildə təsdiqləmişdi.
Ben Şelton Toronto və Monreal Masters çempionu və 2026-cı il ABŞ Açıq Çempionatının finalçısıdır. Triniti Rodman 2024-cü il Olimpiya çempionu və basketbol əfsanəsi Dennis Rodmanın qızıdır.
Publika.az
Mənbə: Publika.az · 25.11.2026, 11:18 · orijinal məqalə