“Sabah” – “Barselona” oyununa 1500 manatlıq biletlər satılmayıb
· 1 mənbə
Bu gün keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasına azarkeş marağı yüksək həddə çatıb.
Modern.az xəbər verir ki, “Sabah” futbol klubunun mətbuat xidmətindən verilən məlumata görə, oyun üçün artıq 68 mindən çox bilet satılıb.
Onlayn bilet satış platforması olan “iTicket.az”dakı mövcud vəziyyətə əsasən, stadionun standart sektorları üçün nəzərdə tutulan biletlər artıq tükənib. Hazırda satışda yalnız məhdud sayda bilet qalıb ki, onların da qiyməti 500 və 1500 manat təşkil edir.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı bu gün saat 21:45-də baş tutacaq.
Mənbə: Modern.az · 25.11.2026, 10:26 · orijinal məqalə