Məşhur xəbər agentliyi kiberhücuma məruz qaldı
· 1 mənbə
Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyi kiberhücuma məruz qalıb.
Publika.az xəbər verir ki, u barədə agentliyin yaydığı məlumatda bildirilib.
“Bu gecə AFP kiberhücuma məruz qalıb. Hücum müştərilərimizin materialları izlədiyi və yüklədiyi platformalardan biri olan “AFP Forum”a qarşı yönəlib”, - məlumatda qeyd olunub.
İcazəsiz giriş faktı aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri platformanı təcrid ediblər. Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları aydınlaşdırılanadək resursa giriş dayandırılıb.
AFP-dən bildirilib ki, hazırda kiberhücumun arxasında dayanan şəxslər barədə hər hansı məlumat yoxdur.
Mənbə: Publika.az · 27.11.2026, 00:30 · orijinal məqalə