Paşinyan onu vəzifədən azad etdi

· 1 mənbə

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad eedib. Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəçri məlumat yayıb.

Qeyd edilib ki, Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə prezidentə zabitin işdən çıxarılması üçün təqdimat verdiyini açıqlayıb. Baş nazirin təklifi ilə müvafiq fərman Ermənistan prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanıb. Karen Qriqoryan 2024-cü ilin fevral ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib. O, əsaslı tikinti və mühəndislik-istehkam işlərinə rəhbərlik edib. Zabitin işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Mənbə: Modern.az · 26.11.2026, 17:00 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Paşinyan onu vəzifədən azad etdi

Modern.az saytında oxu