Məşhurların 7 illik münasibətləri sona çatdı
· 1 mənbə
Türkiyəli müğənni Sıla ilə aktyor İlker Kalelinin təxminən 7 il davam edən münasibəti sona çatıb.
Publika.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.
Bildirilib ki, Türkiyə şou-biznesinin nümunəvi cütlüklərindən hesab olunan Sıla və İlker Kalelinin münasibətində bir müddətdir problemlər yaşanırdı. Jurnalist Birsen Altuntaşın məlumatına görə, bir-birinə şeirlər yazan, birlikdə mahnılar ərsəyə gətirən cütlük əvvəlcə ayrı evlərə köçüb, daha sonra isə ayrılmaq qərarı verib.
Qeyd edilib ki, cütlük “Metelik”, “Mesela” və “Kapkara” adlı mahnıları da birgə ərsəyə gətirib.
Qeyd edək ki, Sıla daha əvvəl məşhur aşpaz Hazer Amani ilə ailəli olub. Cütlük 2020-ci ilin yanvarında evlənsə də, həmin ilin noyabrında boşanmaq qərarı verdiklərini açıqlayıb. Onların boşanması 2021-ci il yanvarın 18-də rəsmiləşib.
Hüsyen İbadlı
Mənbə: Publika.az · 29.11.2026, 19:36 · orijinal məqalə