Mobil internetin sürətinə görə Azərbaycan dünyada 47-ci yerdədir
· 2 mənbə
Bakı. Trend:
Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünyada 47-ci yerdə qərarlaşıb. Ölkədə bu göstərici 98,9 Mbit/s təşkil edir.
“Visual Capitalist” nəşrinin dərc etdiyi reytinqə əsasən, mobil internetin sürətinə görə, dünyada ilk sırada 681,1 Mbit/s göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. İkinci yerdə Qətər (526,4 Mbit/s), üçüncü yerdə isə Küveyt (410,8 Mbit/s) yer alıb.
Reytinqdə Gürcüstan 147,5 Mbit/s göstərici ilə 21-ci, Türkiyə 129,4 Mbit/s ilə 32-ci, Azərbaycan 98,9 Mbit/s ilə 47-ci, Ermənistan isə 75,9 Mbit/s ilə 60-cı yerdədir.
Beləliklə, Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə regionun qonşu ölkələri arasında Türkiyə və Gürcüstandan geri, Ermənistandan isə öndə qərarlaşıb.
Mənbə: Trend · 25.11.2026, 19:29 · orijinal məqalə