Naməlum silahlılar gəmini ələ keçirdi

· 1 mənbə

Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən gəmi bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib.

Publika.az xəbər verir ki, bu barədə noyabrın 28-i Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib.

Kapitanın sözlərinə görə, silahlı şəxslər Qrinviç vaxtı ilə saat 06:30-da icazəsiz göyərtəyə qalxıblar. Həmin an gəmi Yəmənin Balhaf şəhərindən 64 dəniz mili (təxminən 118 km) məsafədə olub. UKMTO-nun məlumatına görə, gəmi hələ də silahlı qruplaşmanın nəzarəti altındadır.

Yerli hakimiyyət orqanları hadisə barədə məlumat alıblar və araşdırma aparırlar. UKMTO bu ərazidən keçən gəmilərin heyətlərini ehtiyatlı olmağa və istənilən şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyə çağırıb.

Mənbə: Publika.az · 28.11.2026, 14:29 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Naməlum silahlılar gəmini ələ keçirdi

Publika.az saytında oxu