NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”

· 1 mənbə

NATO-nun Baş katibi Mark Rutte Qara dənizdə ciddi hadisələrin baş verdiyini, Alyansın Türkiyə, Rumıniya və Bolqarıstanla bu məsələlər üzərində birgə çalışdığını bildirib.

Publika.az xəbər verir ki, Rutte Berlində keçirilən NATO Parlament Assambleyasında Türkiyə ilə bağlı mühüm açıqlamalar verib.

Türkiyə nümayəndə heyətinin sualını cavablandıran Baş katib ölkənin Asiya ilə münasibətlərdə və NATO-nun cənub cinahında mühüm rol oynadığını vurğulayıb.

“Coğrafi mövqeyinə görə Türkiyə Alyansın ən şərq cinahında yerləşir. O, bizi Asiya ölkələri ilə birləşdirən mühüm körpü rolunu oynayır. Buna görə də Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır”, - Rutte qeyd edib.

Qara dənizdə ciddi hadisələrin baş verdiyini bildirən NATO rəhbəri Türkiyənin bu məsələdə müsbət rol oynadığını və Rumıniya ilə Bolqarıstana lazımi dəstəyi göstərməyə davam etdiyini söyləyib.

Rutte, həmçinin NATO-nun şərq cinahında bütün fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu fəaliyyətlər yalnız quru qoşunlarını deyil, dəniz və hava qüvvələrini də əhatə edir.

Müəllif: Roza

Mənbə: Publika.az · 24.11.2026, 10:54 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu