Mehmet Günsür Bakıya gəlir

· 1 mənbə

Türkiyənin məşhur aktyoru Mehmet Günsür Bakıya gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, azərbaycanlı pərəstişkarlarına ünvanladığı videomüraciətdə məlumat verib.

Belə ki, aktyorun paytaxtımıza gəlmə səbəbi baş rolunu canlandırdığı “Aşk Tesadüfleri Sever 3” filminin Bakıda keçiriləcək qala gecəsidir.

Ekran əsərinin qala gecəsi noyabrın 27-si saat 19:00-da “Dəniz Mall”da yerləşən “CineMastercard” kinoteatrında baş tutacaq.

Mənbə: Qafqazinfo · 24.11.2026, 11:05 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Mehmet Günsür Bakıya gəlir

Qafqazinfo saytında oxu