Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib

· 4 mənbə

Nazir Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, qəbuldan əvvəl Anar Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Vətəndaşların məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciətləri fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Özünüməşğulluq proqramı çərçivəsində Naxçıvanda qurulmuş kiçik təsərrüfatlara baxış da keçirilib.

Mənbə: Publika.az · 27.11.2026, 15:21 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu