Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi

· 2 mənbə

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə növbəti səyyar qəbul keçirib.

Publika.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.

Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən mənzil-kommunal təsərrüfatı, sosial-məişət şəraiti, məşğulluq, ərazilərin abadlaşdırılması və infrastruktur məsələləri ilə bağlı olub.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən müraciətlərin nəzarətdə saxlanılması və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.

Qəbulda, həmçinin Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal və yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məhəllələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırdıqları məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi və yerli problemlərin operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq təşkil olunur.

Mənbə: Publika.az · 27.11.2026, 15:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu