Nazir Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyasından danışdı
· 1 mənbə
İki ölkənin dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya müntəzəm fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər iki tərəf delimitasiya prosesində irəliləyiş əldə olunması üçün səylərini davam etdirir.
“Bu proses hər iki ölkənin maraqlarının maksimum nəzərə alınması və qarşılıqlı hörmət prinsipi əsasında aparılır”, – Maka Boçorişvili qeyd edib.
Mənbə: Modern.az · 24.11.2026, 19:33 · orijinal məqalə