Nazirlər Bakıda görüşdü
· 1 mənbə
Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 24-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiçlə görüşüb.
Nazirlər Kabinetindən (NK) “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.
Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Görüşdə Azərbaycan - Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mənbə: Qafqazinfo · 24.11.2026, 15:06 · orijinal məqalə