Neftimiz 100 dollara ticarət olunur

· 1 mənbə

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,4% artaraq 100,34 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 96,13 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mənbə: Qafqazinfo · 26.11.2026, 09:33 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Neftimiz 100 dollara ticarət olunur
Qafqazinfo Neftimizin qiyməti 100 dolları ötdü

Qafqazinfo saytında oxu