CEV Çelenc Kuboku: "DH Volley" 1/16 final mərhələsində ilk oyununu keçirəcək

· 1 mənbə

Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.

Xatırladaq ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.

Mənbə: Report · 26.11.2026, 09:43 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu