Noyabrda niyə daim yuxulu oluruq?
· 1 mənbə
Noyabr ayında günün qısalması insanlarda davamlı yuxululuq, yorğunluq və səhərlər oyanmaqda çətinlik yarada bilər. Hətta normal yuxu müddəti belə bu halların qarşısını almağa kifayət etməyə bilər.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Şarapova məlumat verib.
O, bu dövrdə gümrahlığı qorumaq üçün bir sıra tövsiyələr verib. Həkimin sözlərinə görə, səhər oyandıqdan sonra otağa gün işığının daxil olmasını təmin etmək, pərdələri açmaq və mümkün qədər açıq havada gəzmək vacibdir. Fiziki aktivlik də orqanizmin daha tez oyanmasına kömək edir.
Həkim səhər yeməyində zülalla zəngin qidalara üstünlük verməyi, şirniyyat və un məmulatlarının istehlakını isə azaltmağı məsləhət görüb. Gün ərzində kifayət qədər su içmək, hərəkətli olmaq və yuxu rejimini qorumaq da vacibdir.
Müəllif: Roza
Mənbə: Publika.az · 24.11.2026, 18:00 · orijinal məqalə