NYP: Baydenin memuarlarının satışı uğursuz olub

· 1 mənbə

ABŞ-nin keçmiş prezidenti Co Baydenin "Mənə söz ver, Amerika" ("Promise Me, America") xatirələrinin satışı müəllifin 10 milyon dollarlıq avansına baxmayaraq, uğursuz olub.

"Report" "New York Post"a (NYP) istinadən xəbər verir ki, kitabı ilk həftə ərzində cəmi 21 min nəfər alıb.

Qeyd olunur ki, 480 səhifəlik kitab noyabrın 17-də satışa çıxarılıb. Rəyçilər faktiki qeyri-dəqiqlikləri və hadisələrin tənqidi dərk edilməməsini aşkarlayıblar.

NYP tərəfindən rəyi soruşulan Baydenin keçmiş köməkçiləri kitabın aşağı satışlarını fərqli qiymətləndiriblər. Onlardan biri keçmiş prezidentin artıq ictimaiyyətin marağına səbəb olmadığını söyləyib. Digəri nəticələrdən təəccübləndiyini bildirib və kitabın böyük avans səbəbiylə satışa çıxarıldığını deyib.

Kitabın satışları keçmiş demokrat prezidentlərin digər kitablarından xeyli aşağı olub. Barak Obamanın "Vəd edilmiş torpaq" xatirələri ilk gündə 800 mindən çox nüsxə satılıb, bir həftə ərzində satışlar bir milyon nüsxəyə çatıb. Bill Klintonun "Mənim həyatım" adlı xatirəsi iki həftə ərzində bir milyon nüsxə satılıb.

"New York Post" keçmiş birinci xanım Cill Baydenin, Ağ Evin keçmiş mətbuat katibi Karin Jan-Pyer və sabiq prezidentin oğlu Hanter Baydenin kitablarının satışlarının az olduğunu da qeyd edib.

Mənbə: Report · 28.11.2026, 08:10 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu