İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
· 1 mənbə
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani ABŞ-nin dəniz blokadasını uğursuzluq əlaməti adlandırıb və blokadanı pozmaq üçün əməliyyatların artıq başladığını bildirib.
"Report" xəbər verir ki, bu barədə IRIB dövlət teleradio şirkəti məlumat yayıb.
HDQ-nin komandanı telekanala verdiyi müsahibədə deyib: "Dəniz blokadası müharibə başlamazdan əvvəl tətbiq olunur; müharibə zamanı blokada tətbiq olunarsa, bu, müharibənin uduzulması deməkdir".
O, həmçinin xatırlatdı ki, İranın Ali lideri Məhəmməd Əli Xamenei silahlı qüvvələrə ABŞ-nin hücumlarına cavab verərkən coğrafi məhdudiyyətlərin artıq tətbiq olunmadığını bildirib.
"ABŞ bu direktivin nəticələrini başa düşməlidir. Bizə həvalə olunmuş tapşırıqları yerinə yetirmək üçün əllərimiz açıldı", - admiral vurğulayıb.
Mənbə: Report · 28.11.2026, 04:16 · orijinal məqalə