Orduda xidmət etməyənlər Azərbaycanla müharibə istəyirlər?

· 1 mənbə

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan yeni Konstitusiya layihəsi ilə bağlı müxalifətin mövqeyini tənqid edib.

Modern.az xəbər verir ki, Rubinyan sosial şəbəkə hesabında videomüraciət yayıb.

O bildirib ki, müxalifətin reaksiyalarından onların yeni Konstitusiyada Ermənistanla Qarabağın birləşdirilməsinə dair müddəanın olmamasına etiraz etdikləri anlaşılır.

“Düşünürəm ki, müxalif həmkarlarımız Konstitusiyanın mətnində nə üçün belə bir müddəanın yer almasını istədiklərini izah etməlidirlər. Həmçinin bu məntiqlə necə sülh quracaqlarını açıqlamalıdırlar. Əgər Qarabağı Azərbaycanın tərkibində tanımadıqlarını və Ermənistanın bir hissəsi hesab etdiklərini deyirlərsə, Azərbaycanla necə sülh bağlamağı düşünürlər?”, – Rubinyan bildirib.

Vitse-spiker, həmçinin bu mövqedən çıxış edən və Ermənistan Silahlı Qüvvələrində xidmət etməyən müxalifət liderlərini bunun səbəbini açıqlamağa çağırıb.

Mənbə: Modern.az · 24.11.2026, 12:49 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu