Özbəkistan rus terminlərini dəyişdirir
· 1 mənbə
Özbəkistan ordusu üçün hərbi terminlər dəyişdirilir.
“Qafqazinfo” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun təsdiqlədiyi yeni ordu terminləri siyahısında qeyd olunub.
Belə ki, özbək dilinin qaydalarına və normalarına uyğunlaşdırılmış yeni siyahıya əsasən rus dilində olan terminlər əvəzinə özbək dilində terminlərdən istifadə ediləcək.
Qərara əsasən ümumilikdə 30 termin dəyişdirilib. Dəyişdirilən terminlər arasında “Mişen” (“Nişon”), “Okop” (“Xandaq”), “Fortifikatsiya” (“Istehkom”), “Tribunal” (“Harbi mahkama”) və digər sözlər yer alıb.
Hərbi terminologiyanın dəyişdirilməsi ilə bağlı təkliflərin Özbəkistan Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən işçi qrupu tərəfindən irəli sürüldüyü bildirilir.
Mənbə: Qafqazinfo · 28.11.2026, 12:50 · orijinal məqalə