Yəmən sahillərində dəniz quldurları yük gəmisini ələ keçiriblər
· 1 mənbə
Bakı.Trend:
Yəmənin cənub sahillərində, Ədən körfəzində silahlı şəxslər gəmi ələ keçiriblər.
TASS-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
“UKMTO Yəmənin Barhaf şəhərindən 118 kilometr cənub-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yük gəmisinin kapitanı silahlı şəxslərin icazəsiz şəkildə gəmiyə mindiklərini bildirib”, – deyə məlumatda qeyd olunub.
Hazırda gəmi naməlum şəxslərin nəzarəti altındadır. Yerli hakimiyyət orqanlarına gəminin qaçırılması barədə xəbərdarlıq edilib.
Mənbə: Trend · 28.11.2026, 13:08 · orijinal məqalə