Paşinyanın müavini Moskvaya yollanıb

· 1 mənbə

Bakı.Trend:

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan işgüzar səfərlə Rusiyaya gedib.

Bu barədə "Armenpress" məlumat yayıb.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Qriqoryan noyabrın 24-25-də Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukla işgüzar görüş keçirəcək.

O, həmçinin Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək.

Mənbə: Trend · 24.11.2026, 10:50 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu