Peres “Barsa”ya qarşı: Nə məhkəməyə gələcək, nə də ittihamı geri götürəcək

· 1 mənbə

“Real Madrid”in prezidenti Florentino Peres 25 noyabrda keçiriləcək “Barselona” ilə barışıq dinləməsində iştirak etməyəcək və kataloniyalılara qarşı “Neqreyra işi” ilə bağlı ittihamlarını geri götürmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid məhkəməsinin iclası yerli vaxtla saat 9:40-da başlayacaq. “Barselona”nın hüquq komandası iclasda iştirak edəcək, lakin Peresin maraqlarını klubun vəkili təmsil edəcək və o, rəsmi olaraq Madrid klubunun prezidentinin ifadələrini geri götürmək niyyətində olmadığını bildirəcək.

Şənbə günü keçirilən “Real Madrid” üzvlərinin iclasında rəsmi şəxs bir daha “Neqreyra məsələsi” ilə bağlı hərtərəfli araşdırma aparılmasını və “Barsa”nın cəzalandırılmasını tələb edib. İfadəsini geri götürməməsi “Barselona”nın ona qarşı İspaniya Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi qaldırılmasını tələb etməsi ilə nəticələnəcək.

Xatırladaq ki, məhkəmə prosesi “Real Madrid” prezidentinin 12 mayda keçirilən mətbuat konfransında və ertəsi gün verdiyi müsahibədə Kataloniya klubunu hakimlərə rüşvət verməkdə günahlandırdığı açıqlamalardan sonra başlayıb. 12 iyunda “Barselona” barışıq üçün ilkin ərizə təqdim etdiyini elan edib və 23 sentyabrda məhkəmə dinləmə tarixi təyin edib. İddia ərizəsində “Barsa” Peresdən ifadələrini geri götürməsini və təkzib etməsini, eləcə də “Neqreyranın oğlanları” adlandırdığı konkret hakimlərin adlarını çəkməsini, eləcə də korrupsiyada ittiham olunduğu matçlar və oyun hadisələri ilə bağlı tələblər irəli sürüb.

Müəllif: Tural

Mənbə: Publika.az · 25.11.2026, 10:02 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu