“Sabah” bu gün “Barselona”nı qəbul edəcək
· 1 mənbə
Oyunöncəsi “Sabah”ın heyətində yeganə itki Eyden Makkartidir. Cənubi Afrika Respublikasından olan müdafiəçi cəzalı olduğu üçün bugünkü matçı buraxacaq. “Barselona” isə görüşə ciddi itkilərlə çıxacaq. Kataloniya təmsilçisinin heyətində Lamin Yamal, Rodri, Andreas Kristensen, Xavi Espart və Runi Barci zədə səbəbindən oynamayacaqlar. Qeyd edək ki, turnir cədvəlində “Barselona” 9 xalla 8-ci, “Sabah” isə 3 xalla 30-cu pillədə qərarlaşıb.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 10:08 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
“Sabah” bu gün “Barselona”nı qəbul edəcək