Polşanın keçmiş prezidentinin həlak olduğu təyyarə qəzasının səbəbi açıqlanıb

· 1 mənbə

Polşa Baş Prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında baş vermiş və Polşanın keçmiş prezidenti Lex Kaçınskinin ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə bağlı araşdırmanın yaxın zamanda başa çatacağını açıqlayıb. Bunu qurumun sözçüsü Pşemıslav Novak bildirib. Onun sözlərinə görə, qəzanın əsas səbəbləri qeyri-sabit eniş cəhdi, təyyarənin faktiki hündürlüyünün yanlış qiymətləndirilməsi, minimum hündürlükdən aşağı enmənin davam etdirilməsi və ikinci dövrəyə qalxmaq qərarının gec qəbul edilməsi olub.

Mənbə: Xəzər Xəbər · 28.11.2026, 10:18 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu