Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazanıb

· 4 mənbə

"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

18-ci dəqiqədə Coy-Lens Mikels, 68-ci dəqiqədə Ksander Severina fərqləniblər.

Günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:1.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.

Mənbə: Publika.az · 28.11.2026, 21:00 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az "Sabah" növbəti qələbəsini qazanıb
Publika.az "Sabah"dan növbəti qələbə

Modern.az saytında oxu